Londonun mərkəzində hotellər və kommersiya təşkilatları ehtiyat üçün boşaldılır


Dünya 23 Yan 2018 09:27:21 294 0

Londonun mərkəzində hotellər və kommersiya təşkilatları ehtiyat üçün boşaldılır

Hadisə yerində yanğınsöndürənlər və polis çalışır

Londonun Vestminster bölgəsində qaz sızması səbəbindən bir neçə hotel və kommersiya təşkilatı ehtiyat tədbirləri ilə əlaqədar boşaldılır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

"Strend küçəsində qaz sızması ilə əlaqədar kommersiya təşkilatları və hotellər ehtiyat tədbirləri qismində boşaldılır", - polisin məlumatında deyilir.

Sürücülər və piyadalardan bu ərazidən uzaq olmaq xahiş edilir.

Hadisə yerində yanğınsöndürənlər və polis çalışır.