Səfir: ""ŞimalCənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq"
Siyasət 23 Yan 2018 09:17:00 259 0
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan üçün, həm də Azərbaycan üçün ümumi prioritetdir.
Son.az xəbər verir ki, bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: ""Şimal-Cənub" layihəsi Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır".
Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: "Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq".
Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində