Xiaomi Mi Max 3ün göstəriciləri məlum olub


Digərləri 23 Yan 2018 08:59:00 383 0

Xiaomi Mi Max 3ün göstəriciləri məlum olub

Yayılan məlumatlara əsasən, Xiaomi Mi Max 3 smartfonu 6.99 düymlük 18:9 tipli Full Hd displey ilə təchiz ediləcək. Çərçivələr olduqca nazik və nəzərə çarpmayan olacaq.

Son.az infocity.az-a istinadən bildirir ki, daxildən cihaz Qualcomm Snapdragon 630 və Snapdragon 660 prosessoru, 3/4 GB əməliyyat yaddaşı (RAM), 64/128 GB daxili yaddaş ilə təchiz ediləcək. Əsas qoşa kamera 12 mpxl, ön kamera isə 5 mpxl. olacaq. Smartfonun Quick Charge 3.0 (sürətli enerji yığma) funksiyasını dəstəkləyən 5500 mAh-lik batareyası olacaq. Əməliyyat sistemi Android 8.1 Oreo olacaq və MiUi 9 örtüyündən istifadə ediləcək. Hamının səbrsizliklə gözlədiyi NFC çipi də cihaza quraşdırılacaq.

Xiaomi Mi Max 3 smartfonunun bazara 265 dollara çıxarılacağı deyilir.