“Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək


Digərləri 23 Yan 2018 08:41:00 277 0

“Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

"iOS 11" əməliyyat sisteminin növbəti yenilənməsi istifadəçiyə prosessorun ləngiməsi funksiyasını sərbəst olaraq söndürməsinə imkan verəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Apple" korporasiyasının rəhbəri Tim Kuk bildirib ki, insanlar öz telefonlarının akkumulyatoruna sərbəst şəkildə izləyə biləcəklər: "Bu yenilənmə şəffaflıq gətirəcək. Belə bir işi biz hələlik etməmişik". Onun sözlərinə görə, cihaz istifadəçiləri prosessorun fəaliyyətinin aşağı düşməsi ilə bağlı məlumatlandıracaq: "Bu funksiyanı istənilən zaman söndürmək də mümkün olacaq. Yenilənmə cari ilin mart ayında geniş ictimaiyyətə təqdim ediləcək".