Bakıda avtomobil sərxoş piyadanı vurub


Digərləri 23 Yan 2018 08:38:00 277 0

Bakıda avtomobil sərxoş piyadanı vurub

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi araşdırma aparır

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Natavan küçəsində 58 yaşlı Qurbanov Vasif Valeh oğlu sərxoş vəziyyətdə yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxıb. Bu vaxt arxaya doğru hərəkət edən "Mercedes" markalı avtomobil V. Qurbanovu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

.