Afrin əməliyyatında türk hərbiçisi həlak olub


Dünya 23 Yan 2018 08:23:00 263 0

Afrin əməliyyatında türk hərbiçisi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin həyata keçiridiyi "Zeytun budağı" əməliyyatı zamanı bir türk hərbiçisi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə ordusunun Baş Gərargahının yaydığı məlumatda deyilir.

Hadisənin Türkiyənin sərhədyanı Kilis vilayətinin Gülbaba yaşayış məntəqəsinin cənub-şərqində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının yaraqlıları ilə toqquşma nəticəsində baş verdiyi bildirilir.