KXDR bir neçə ay sonra ABŞa nüvə zərbəsi endirə biləcək


Dünya 23 Yan 2018 08:10:00 263 0

KXDR bir neçə ay sonra ABŞa nüvə zərbəsi endirə biləcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Pxenyanın ABŞ-a nə vaxt nüvə zərbəsi endirməyə qadir olacağını açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o, "CBS"-ə müsahibəsində bildirib.

MKİ rəhbərinin sözlərinə görə, söhbət bir neçə aydan gedir. "Əlbəttə mən (bunun-red) bir ildən sonra (baş verəcəyinə-red) deməyə şad olardım. ABŞ hökuməti səylə bu müddəti uzatmağa çalışır", - deyə Pompeo qeyd edib.

Daha əvvəl ABŞ KXDR-in nüvə potensialını qiymətləndirib.