Bakıda səsyazma studiyasında yanğın olub


Digərləri 23 Yan 2018 08:13:00 251 0

Bakıda səsyazma studiyasında yanğın olub

Paytaxtda yanğın hadisəsi baş verib.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 350 m2 olan ikimirtəbəli, mansarda tipli tikilinin (səsyazma studiyası kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 m2 sahədə və 1 ədəd qapı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.