Bakıda kişi küçədə bıçaqlanıb


Digərləri 23 Yan 2018 08:18:00 312 0

Bakıda kişi küçədə bıçaqlanıb

Zöhrab Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb

Bakının Sabunçu rayonunda baş vermiş dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib.

1983-cü il təvəllüdlü Hüseynov Zöhrab Şamil oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. O, naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə Z.Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.