Xiaomi Mi 7nin ilk fotosu sızdırıldı


Digərləri 23 Yan 2018 08:01:00 269 0

Xiaomi Mi 7nin ilk fotosu sızdırıldı

Məlumatlara əsasən Xiaomi Mi 7 modeli gələn ayın sonunda keçiriləcək MWC 2018 konfransında təqdim olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, indi isə Naijatechguide adlı mənbə sözügedən flaqman modelinin arxa panelinin fotosunu təqdim edib. Əgər təqdim olunmuş foto Xiaomi Mi 7-nin həqiqətən də arxa panel fotosudursa, smartfonun xarici görünüşü heç bir təəccüb yaratmır. Fotoda smartfonun əyilmiş arxa paneli əks olunub. Korpusun hansı materialdan hazırlandığı bilinmir.

Arxa paneldə horizontal vəziyyətli ikili arxa kamera, yuxarı sol tərəfdə ikili işıqlandırma sistemi, dairəvi şəkildə barmaq izi skanı və Mi loqosu yerləşir. Bir sıra məlumatlara əsasən Xiaomi Mi 7 18:9 nisbətli 5.8 inç AMOLED ekran, Gorilla Glass 5 qoruyucu şüşə, Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, f/1.7 diafraqmalı 19 MP-lik ikili arxa kamera, 16 MP-lik ön kamera və 3950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.