Bakıda ahıl qadını avtomobil vurub


Sosial 23 Yan 2018 05:40:56 286 0

Bakıda ahıl qadını avtomobil vurub

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.