Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib


Sosial 23 Yan 2018 03:36:30 246 0

Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib

Onun intihara cəhd etməsinin səbəbi araşdırılır

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə "Dağlar" məhəlləsində baş verib.

37 yaşlı Quliyev Ceyhun Aydın oğlu yaşadığı evdə qarnına bıçaqla zərbə vurub. O, xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

C.Quliyevin intihara cəhd etməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.