Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər


Digərləri 23 Yan 2018 00:01:00 252 0

Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - bütün işləri eyni vaxtda görməyə can atmayın. Ən mühüm işi və ya həllini dərhal tələb edən məsələni seçərək onu icra edin. Gündəlik qayğılar, rutin məqamlar sizi usandıra bilər. Emosiyalara qapılmayın. Qısamüddətli səfər və köhnə işgüzar tərəfdaşlarla danışıqlar üçün yaxşı zamandır.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın və ya yaxınlarınızdan birinin mövqelərini tam dəyişmək cəhdlərindən əl çəkin. Bələd olmadığınız insanların məsləhətlərinə riayət etmək məcburiyyətində deyilsiniz. Ağır işlərlə özünüzü yormayın.

Buğa - günün ilk yarısından başlayaraq fəaliyyətinizdə aktiv, intensiv olun. Astagəllik etməyin, tənbəllikdə suçlanmağınıza şərait yaratmayın. Şərtlər dəyişə bilər. Aldığınız xəbərlərə, əldə olunan məlumatlara tam inanmayın.

Sifarişçi və ya icraçı sizi aldada bilər. Diqqətli davranın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə neqativ anlar yaşana bilər. Dəyər verdiyiniz insanlarla sərt danışmayın. Fikir ayrılıqlarının və ixtilafların münaqişəyə çevrilməsinə səbəbkar olmayın.

Əkizlər - əhvalınızın stabil olmasına can atın. Yaxın gələcəkdə maddi durumunuza və ya sosial statuunuza ciddi təsir etməyəcək işlə məşğul olmayın. Vaxtınızı boşuna sərf etməyin. Bütün variantları diqqətlə nəzərdən keçirin. Yaxın ətrafınızdakı hansısa insana təəssürat yaratmaq üçün oynamayın.

Günün ikinci yarısında məsləhətlərə qulaq asmaq əvəzinə məqsədə doğru aparan yolla sürətlə irəliləyin. Şirin vədlərə aldanmayın.

Yaxınlarınızdan birinin davranışı və ya sözləri sizi qıcıqlandıra bilər. Ötənlərdə münaqişələrə səbəb olmuş mövzunu yenidən gündəmə gətirməyin.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Xərçəng - məşğul olduğunuz işdə ciddi irəliləyişə və ya uğura nail olmağa çalışın. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Amma əsla uğurlarınızla qürrələnməyin. Əks təqdirdə dedi-qodu, qeybət və çirkin intriqalara hədəf olacaqsınız.

Günün ikinci yarısında yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Etiraflar zamanı deyil. Fiziki təmrinlərlə məşğul olursunuzsa, aktivliyinizi axşam saatlarında bir qədər azaldın.

Şir - mənasız söhbətlərə qatılmayın. Ətrafınızdakı insanlarla bağlı qeybət etməyin. Biznes və ya borcların ödənilməsi ilə bağlı nəzərdə tutulmamış xərclər istisna deyil. Ən çətin situasiyalarda belə, pozitiv məqamları aşkarlayın. Yumor hissini unutmayın.

Günün ikinci yarısında tanışlarınızın davranışlarına diqqətlə baxın. Dəyərsiz insanla ünsiyyəti dayandırın, əlaqələri kəsin. Rasionunuza fikir verin. Həddən artıq yeməyin.

Qız - ən adi, gündəlik işlərdə anlaşılmazlıqlar yarana bilər. Situasiyanın nəzarətinizdən çıxmasına imkan verməyin. Sizi narahat edən məsələlərin səbəblərini araşdırın. Genişmiqyaslı, ağır problemin çözümünü ertələməyin. Kimsənin qarşısından geri çəkilməyin.

Günün ikinci yarısında yaşanan olaylar yaxın perspektivlə bağlı planlara dəyişiklikləri tələb edir. Fəaliyyətinizdəki qərarların uyğunlaşdırılmaması tərəfdaş və ya şəriklərdən birinin vədinə əməl etməməsi ilə sonuclana bilər. Baş verənlər planlarınıza mənfi təsir etməklə yanaşı, əhvalınızı da korlayacaq.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi - ünvanınıza deyilən sözlərə gərəkdiyindən artıq önəm verməyin. Ünsiyyətdəki formallıq, ifrat rəsmiyyətçilik işgüzar danışıqlarda karınıza gələ bilər. Yaxın ətrafınızdakı insanların davranışlarındakı çatışmazlıqları müzakirə etməyin. Xoşunuza gəlməyən insanla, sadəcə, ünsiyyəti kəsin.

Günün ikinci yarısında xərclərinizə fikir verin. Prinsip etibarilə əsla ehtiyac duymadığınız əşyaların alınmasına pul sərf etməyin.

Dəvət aldığınız tədbirə qatılın.