Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq Postinsan kimdir?


Digərləri 22 Yan 2018 23:27:00 317 0

Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq  Postinsan kimdir?

Əbədi həyat haqda fərziyyələr fantasik görünsə də, dünyanın ən varlı iş adamları bu sahəyə yatırım etməkdən usanmırlar.

Son.az bildirir ki, bir həftə öncə "Y Combinator" adlı Kaliforniya biznes inkubatorunun prezidenti Sem Altman rəsmi bəyanatla çıxış edərək, qocalığı ləngidib, insan ömrünü uzatmaq yolunda həyata keçiriləcək bütün layihələrə 1 milyon dollaradək investisiya yatıra biləcəyini vurğuladı. "Biz insanların daha uzunömürlü olub, sağlam yaşamalarına yardımçı olmaq istəyirik" - deyə Altman planet sakinlərinə müraciət etdi.

Ötən il "Tesla və Space X" şirkətinin rəhbəri İlon Mask da səs-səda doğuran çıxışı ilə diqqətləri üzərinə çəkmişdi. Tanınmış iş adamı düşünür ki, gələcəkdə insanlar kompüterlərlə əlaqələndirilməlidirlər. Maska görə, bu nəinki cəmiyyətlərin inkişafı, həmçinin bütövlükdə insanlığın taleyi baxımından vacibdir. Çünki etiraf etməliyik ki, kompütersiz yararsız və maraqsızıq.

Altanla Maskın bəyanatları günbəgün aktuallaşan trendin bir hissəsi kimi dəyərləndirilir. Uzun, sağlam ömür, eləcə də insanın avtomatlaşdırılması transhumanizmin qayəsidir. Bu nəzəriyyədə fantastik kitablardakı ağılasığmaz mövzular sanki gerçəkləşmək üçün sıraya düzülürlər.

İdeyanın qayəsi

Dövrümüzün transhumanizmlə məşğul olan ən məşhur təşkilatı "Humanity+" adlanır. Bu qurum müasir insanın postinsana çevrilmə fazalarını müəyyənləşdirir. Aradakı nəhəng fərq, eləcə də postinsanın bacarıq, qabiliyyətləri o qədər mükəmməldir ki, bu haqda danışmağa insanın dili də dönmür. Sadə tərif versək, transhumanizm insanın texnologiyanın köməyi ilə dəyişməsini öncədən görən hərəkatdır. Onun əsas ideyası isə insanın fiziki, intellektual və psixoloji bacarıqları qüsursuz olanadək sürətlə inkişaf etdirməkdir. Mövcud və yaradılacaq texnologiyaların sayəsində biz daha ağıllı, sağlam, uzunömürlü və hətta ölümsüz olacağıq.

Əbədi həyat

Ölümə qalib gəlib, xəstəlikləri dəf edərkən şəxsiyyətin virtual reallığa keçidi təmin edilir. Transhumanizm termini əvvəllər istifadə olunsa da, bu anlayışı məşhurlaşdıran YUNESKO-nun ilk direktoru, inqilabçı-bioloq Culian Haksli olub. Hələ ötən əsrin 60-ci illərində alim bu anlayışı öz mühazirə və əsərlərində gələcəyin özəyi kimi təqdim edirdi. Transhumanizm hərəkatı 1980-ci illərdən etibarən əhatə dairəsini genişləndirdi. O mövcud fiziki sərhədləri aşaraq, insan bədəninin modifikasiyasıyasını da ehtiva etməyə başladı.

İlon Maskın ixtirası

Maskın fikrini anlayıb, dəyərləndirmək üçün Tima Urbanın bloqundakı qeydlərini oxumaq lazımdır. Lakin bu məqalə o qədər mürəkkəb və elmi dillə yazılıb ki, onu anlamaq asan olmaya bilər. Odur ki, gəlin, qısa xülasə ilə kifayətlənək. İş orasındadır ki, Mask yaxın gələcəkdə süni intellektin inkişaf edib, insan dərrakəsini geridə qoyacağını və müəyyən bir kütlənin insanın tabeçiliyindən çıxıb, İKT-nin köləsinə çevriləcəyini düşünür. Kompüterin insanı sıradan çıxarmamasının yeganə çıxış yolu odur ki, süni şüurla isti münasibətdə olub, onu düşməni deyil, dostu olduğumuza inandırmaqdır. "Tesla və SpaceX" təşkilatının rəhbəri hesab edir ki, gələcəyimizi caynağına alacaq süni intellekt dünyasında sağ qalmağın yeganə yolu bioloji şüuru kompüterlə birləşdirməkdir. İnsanlar bu məqsədə mükəmməldirilmiş neyrokompüter interfeysi sayəsində nail ola bilərlər. Yəni, kompüterin klaviaturasına, monitoruna toxunmadan, onunla təmas etmədən ünsiyyət qurub, informasiya mübadiləsi aparmaq gərəkdir. Bu interfeysin yaradılması ilə Maskın yeni "Neuralink" şirkəti məşğul olacaq.

Maskın sözlərinə görə, təkmilləşdirilimiş neyrokompüter interfeysinin ilk və əsas istifadəçiləri fiziki məhdudiyyətli, eşitmə, görmə, danışıq qabiliyyətini itirmiş insanlar olacaq. Beyinə qoyulmuş implant vasitəsilə bu şəxslər məhrum olduqları fiziki imkanlarından yararlana biləcəklər. Daha sonra neyrokompüter interfeysini yeni texnologiya pərəstişkarları mənimsəyəcəklər. Bura ağıllı ev layihəsinin yaradıcıları aiddir. Məsələn, bu texnologiya televizoru pultla deyil, düşüncə seli ilə yandırıb, söndürməyə, kanaldan kanala çevirməyə imkan yaradacaq. Bir qədər də uzaq gələcəyə baxmaq cəsarəti toplasaq, daha da tükürpədən faktlar görə bilərik. Məsələn, bu interfeys insanların bir-biri ilə sözsüz ünsiyyət qurmasına təkan verəcək. İnsanların fikrindəki kompüter vasitəsilə avtomatik şəkildə yazılıb, qarşı tərəfin elektron ünvanına göndəriləcək. İstənilən sahənin mütəxəssisləri dünyanın hansı nöqtəsində yaşamaqlarından asılı olmayaraq, layihələr üzərinə birgə çalışmağa, fikirlərini bir-birinə asanca ötürməyə nail olacaqlar. Nəhayət, insan intellekti o qədər yüksək həddə çatıb, kompüterlə qohumlaşacaq ki, fikrimizin harada bitib, virtual dünyanın harada başladığını hiss etməyəcəyik. Bir sözlə, kompüterlə bütövləşib, süni intellektlə tam olacağıq. Məsələn, artıq şüurlu sürətdə internetdə məlumat axtarmayacağıq. Baxıb, dinləmək istədiyimiz materiallar özü beynimizə yüklənəcək. Tək insanın dərrakəsi bütövlükdə insanlığın şüurundan fərqlənməyəcək. Bu heyrət dolu, eyni zamanda, dəhşətli faktdır. İnsanlar öz düşüncələrinin axışına birbaşa təsir etmək gücünə sahib olacaqlar. Bəs yad kompüterlərin kodunu sındırıb, istədiyimiz əməliyyatı həyata keçirə bildiyimiz kimi, digər insanların da düşüncəsinə təsir edə biləcəyikmi? Bəs onda fikirlərimizin özümüzə, yaxud başqasına aid olduğuna necə qərar verəcəyik?

Hələ ki, neyrokompüter interfeysi sadə əməliyyatları həyata keçirə bilir. Buraya fiziki məhdudiyyətli şəxslərin pratez bədən üzvlərini çalışdırması aid edilə bilər. Maskın nəzərdə tutduğu mürəkkəb əməliyyatlar isə mütəxəssislər texnologiya sahəsində səylə çalışarsa, yalnız 8-10 ildən sonra mümkün olacaq. Hələ ki, "Neuralink" şirkəti öz nailiyyətlərini ictimaiyyətdən gizli saxlayır. Odur ki, yeniliklər haqda danışmaq çox tezdir. Lakin şirkətin startapına 27 milyon dollardan çox sərmayə xərcləndiyi dəqiq məlumatdır.

Transhumanizm mövzusuna həsr olunan məqalələr və konfranslar hələ ki bir səmtdə çalışır - insan orqanizmini kifayət qədər möhkəmləndirib, daha zəki, sağlam və dözümlü etmək. Bunun üçün müxtəlif cihazlar hazırlanacaq. Məsələn, balaca bir devays bizim üçün fitness trekerləri əvəz edəcək. Bu ağıllı cihaz idman edib, yatmaq üçün düzgün zamanımızı müəyyən edib, bizə xəbər verəcək. Foto və video çəkmək bacarığı olan linzalar hazırlanacaq. Qarşımızdakının nitqini avtomatik tərcümə edən qulaqcıqlar yaradılacaq. Gücü artırıb, insana gümrahlıq bəxş edən idman kostyumları tikiləcək. Bundan əlavə beyin implantı, mikroçiplər ixtira olunacaq. Yeni robotlar diaqnoz növləri aşkarlanan xəstəliyi yerindəcə effektiv surətdə sağaldacaq. Orqanizmin fəaliyyətini tənzimləyən ən faydalı üsullarsa daha da təkmilləşdirilib, genetik xəstəliklərə səbəb olan embrionlar məhv ediləcək.

Düşüncələrin daha tez ötürülməsi, ünsiyyətin sürətləndirilməsi layihəsi artıq DARPA, Feysbuk və Maskın "Neuralink" şirkəti tərəfindən gerçəkləşdirilir. Bu üçlük tərəfindən hazırlanan texnologiya kommunikasiya sistemi vaxtilə telefon və kompüterin etdiyi inqilabı təkrarlayacaq. Əgər bu gün sosial şəbəkələrdə getdiyimiz, gəzdiyimiz maraqlı məkanların sadəcə fotoşəkillərini və videolarını paylaşa biliriksə, yaxın gələcəkdə, keçirdiyimiz hissləri, təəssüratları bütün təfərrüatı ilə bölüşə biləcəyik. Məhsuldarlığımızın səviyyəsi də qat-qat artacaq. Bunun ən sadə misalını "Uber" taksi sifarişi şirkəti edir. Məsələn, sürücü müştərini mənzil başına çatdırmamış şirkət növbəti sifarişçinin ümvanını göndərir. Bu yolla onu daha çox işləyib, pul qazanmağa ilhamlandırır. Gələcəkdə bu biznes nəzəriyyəsi bütün sahələrdə geniş şəkildə istifadə olunacaq. Daha faydalı və ünsiyyətcil insanlar yetişdiriləcək. Həmçinin, yaddaşı gücləndirib, enerji verən həblər satışa çıxarılacaq ki, onu qəbul etmək hər kəs üçün zərurətə çevriləcək.

Mütəxəssislər düşünür ki, transhumanizmin trendləri artıq 2030-cu ildə gerçəkləşə bilər. Onların təsvir etdikləri mükəmməl dünya insanı yaşamağa ilhamlandırır. Ən azı fiziki məhdudiyyətli insanların bizdən fərqi qalmayacaq. İnsanların genləri dəyişdirilib, daha qüsursuz vəziyyətə çatdırılacaq. Bu faktları oxuyanda bir sual yaranır: Bəs geləcəyin insanını necə tərif edək?

Gələcəyin möcüzə insanları

Humanity+ qurumunun rəssamı Nataşa Vita Mor deyir: