İntihara cəhdin qarşısı alınıb


Digərləri 22 Yan 2018 23:32:00 319 0

İntihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində liftin şaxtasının eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.