Uşaq pudrasını ləkənin üstünə tökün və...


Digərləri 22 Yan 2018 23:10:00 288 0

Uşaq pudrasını ləkənin üstünə tökün və...

Uşaq pudrası yalnız uşaqlar üçün deyil. Ondan başqa məqsədlər üçün də yararlana bilərsiniz. Bu pudranın bir-birindən fərqli və praktik bir çox istifadə sahəsi var. Son.az ailem.az-a istinadən onlardan bəziləri ilə sizi tanış edir.

Kirpiklərinizə həcm qazandırar

Tuşun ilk qatını çəkdikdən sonra bir qədər pudra sürtün. Bir qat da çəkdikdən sonra kirpikləriniz daha uzun və həcmli görünəcək.

Dolaşan zəncirləri açır

Zəncir boyunbağı düyünləndikdə barmaq uclarınızı uşaq pudrasına batırın və ehtiyatla açmağa başlayın.

Quru şampun kimi istifadə edin

Saçlarınız yağlı görünürsə və yumağa vaxtınız yoxdursa, saç diblərinə uşaq pudrası səpin və masaj edin. Pudra tozları yox olana qədər darayın.

Yağ ləkələrini aparır

Geyimlərinizdə inadçı yağ ləkələrinin həm içinə, həm də üstünə uşaq pudrası töküb, 1 saat saxladıqdan sonra yuyun.

Ayaqlara yapışan qumlardan xilas edir

Çimərlikdə ayağınıza yapışan qumlardan xilas olmaq üçün qumun yapışdığı hissələrə uşaq pudrası tökün. Pudra dəridəki nəmi götürəcək və qumun dərhal tökülməsini təmin edəcək.


Xəbərə aid fotolar