Gürcüstanda banka silahlı hücum olub, bir nəfər yaralanıb


Dünya 22 Yan 2018 22:31:00 237 0

Gürcüstanda banka silahlı hücum olub, bir nəfər yaralanıb

Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia" bankının filiallarından birinə silahlı hücum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hücum edən şəxs bank filialının əməkdaşını odlu silahla yaralayıb. O, xəstəxanaya çatdırılıb.

Silahlı oğru bankdan müyyən məbləğdə pul götürərək hadisə yerindən qaça bilib.