İtaliya sakini ətrafdakılara atəş açıb, ölən və yaralananlar var


Dünya 22 Yan 2018 22:21:44 255 0

İtaliya sakini ətrafdakılara atəş açıb, ölən və yaralananlar var

Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla dörd nəfər xəsarət alıb

İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu, insanlar arasında təlaşa yol açıb.

Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə öz həyat yoldaşını qətlə yetirib və mənzildə qurduğu barrikadanın arxasında gizlənib. Onun 14 yaşlı qızı evdən qaçmaqa müvəffəq olub.