D vitaminli su hazırlanıb


Digərləri 22 Yan 2018 22:28:00 327 0

D vitaminli su hazırlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Agthia Group" şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur. Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.