Azərbaycanda tənhalar üçün yeni qurum aktualdır?


Digərləri 22 Yan 2018 22:08:00 378 1

Azərbaycanda tənhalar üçün yeni qurum aktualdır?

Dünyada getdikcə bir çox ölkələrdə tənhalaşma meyilləri artır. Yəni ənənəvi ailə institutu dağılıb, ailələrdə adətən bir və ya iki uşaq doğulur, onlar da böyüdükdən sonra ailədən ayrı yaşamağa üstünlük verirlər.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Böyüt Britaniyada Tənhalıq Nazirliyinin yaradılmasına münasibət bildirərkən deyib.

M.Quliyev bildirib ki, insanlar ahıl yaşlarında tək qalırlar: "Adətən kişilər bir az tez dünyasını dəyişir, qadınlar isə ahıl yaşlarda tək qalırlar, bəzən isə kişilər də tək qalır: "Hər dövlətdə bu şəxslərə xidmət göstərmək üçün müvafiq qurumlar var".

Deputat bildirib ki, Azərbaycanda bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir, ahıllara xidmət göstərmək üçün qanun var, tənha insanlar üçün sığınacaqlar, qocalar evləri fəaliyyət göstərir: "Azərbaycanda bununla bağlı yeni nazirliyin, komitənin və ya başqa bir qurumun yaradılmasına ehtiyac yoxdur. Ən əsası ona görə ki, ölkədə ailə institutu ənənələri qalmaqdadır".

Azərbaycanda bu vəziyyəti açılamaq üçün qeyd edək ki, ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər.