Prezident İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)


Digərləri 22 Yan 2018 21:57:00 323 2

Prezident İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub. Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin