Trampın Davosa səfəri sual altındadır


Dünya 22 Yan 2018 21:39:00 306 2

Trampın Davosa səfəri sual altındadır

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri hökumətin işinin dayandırılması səbəbindən sual altındadır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

"Düşünmürəm ki, bu mümkündür. Hazırda prioritetimiz hökumətin işini bərpa etməkdir", deyə S.Sanders vurğulayıb.