Bakı yollarında panduslar quraşdırılır VİDEO


Digərləri 22 Yan 2018 21:42:00 352 2

Bakı yollarında panduslar quraşdırılır  VİDEO

Paytaxtın 5 rayonunda, ümumilikdə 415 nöqtədə hündür formada inşa edilən, əlil və uşaq arabalarının keçməsinə mane yaradan keçidlər sökülür yerində yeni panduslar hazırlanır.

Son.az bildirir ki, ötən ilin sonlarından başlayaraq paytaxtdakı yol ayrıclarında pandusların quraşdırılmasına başlanılıb. Məqsəd əlilliyi olan yaxud da ki, uşaq arabası ilə hərəkət edən şəxslərin yolu manesiz keçməsin təmin etməkdir.

Bundan başqa paytadakı yaxınlıqında piyada keçidi olan bütün işıqforlarda səsli işıqforların quraşdırılması planlaşdırılır.

Bütün bu işlərin cari ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Cəmiyyətdə isə bu panduslara münasibət birmənalı deyil.