Ölkədaxilində səyahət edənlər sığortalanmalıdır VİDEO


Digərləri 22 Yan 2018 21:33:00 314 2

Ölkədaxilində səyahət edənlər sığortalanmalıdır  VİDEO

İl ərzində regionlara üz tutan səfərlərin sayı təxminən 800 mindən çoxdur. Amma daxili səfərlər zamanı turistlərin sığortalanması həyata keçirilmir. Son.az bildirir ki, Otellər və restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, aktiv istirahət, ovçuluq, ekstrim, alpinizm və bu kimi turizm növlərində vətəndaşların xəsarət alma ehtimalları yüksəkdir. Buna rəğmən bu növ turizm növlərindən sığorta paketləri təqdim edilmir.

Samir Dübəndi regionlara səfər edən şəxslərin bədbəxt hadisələrdən sığortalanmasının vacibliyini vurğulayıb. Ona görə də assosiasiya tərəfindən təkliflər hazırlanıb.

Sığorta haqlarının 1-2 manat olması nəzərdə tutulur. Yəni turizm şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar əsas ödənişlə yanaşı sığorta haqlarını ödəməlidirlər. Bununla da onlar müxtəlif bədbəxt hadisələrdən sığorta edilirlər.