Bakıda toy yasa döndü


Digərləri 22 Yan 2018 21:18:00 322 2

Bakıda toy yasa döndü

60-dan yuxarı yaşı olan kişi rəqs etdikdən sonra elə restoranda dünyasını dəyişib. 

Son.az bildirir ki, hadisə ötən gecə paytaxtdakı restoranların birində baş verib. "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restorana toya gələn şəxs bir müddət rəqs edib. Daha sonra o yerinə əyləşib. Təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.