Kliniki ölümün sirri açılır: Yeni təcrübə…


Digərləri 22 Yan 2018 21:12:00 285 0

Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyi fonunda sıçrayışın nəticəsi ola bilər.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, alimlər kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyinin kəskin artdığını bildirir.

Bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.

ABŞ-ın Miçiqan Universitetinin elmi qrupu hesab edir ki, kliniki ölümdən həyata qayıtmış insanların təəssüratları, ölüm astanasında gördükləri yuxuların təsviri həmin anlarda beyin fəaliyyətinin kəskin fəallaşması barədə elmi fərziyyələri sübut edir.