Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur


Digərləri 22 Yan 2018 20:50:00 293 0

Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunun Sabunçu qəsəbəsindən keçən hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsini təklif edib.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, artıq həmin ərazidə, yolüstü piyada keçidinin yaxınlığında avtobus və taksi dayanacaq məntəqələrinin yerlərinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müvafiq müraciət göndərilib.