IMF 2018-ci ildə xam neftin qiymətinin 60 dollar/barel olacağını proqnozlaşdırır


İqtisadiyyat 22 Yan 2018 20:19:39 315 0

IMF 2018-ci ildə xam neftin qiymətinin 60 dollar/barel olacağını proqnozlaşdırır

Qurum OPEC+ anlaşmasının neft qiymətlərinin yüksək olmasına təsir etdiyini də qeyd edib

Bakı. 22 yanvar. REPERT.AZ/ 2018-ci ildə dünya bazarında xam neftin qiyməti ortalama 59,9 dollar/barel təşkil edəcək. 

“Report” xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib.

Hesabata görə, bu rəqəm 2019-cu ildə 56,4 dollar/barel civarında olacaq. Ötən 2017-ci ildə isə xam neftin hər bareli ortalama 52,7 ABŞ dollarına satılıb.

IMF OPEC+ anlaşmasının neft qiymətlərinin yüksək olmasına təsir etdiyini də qeyd edib.

Qeyd edək ki, IMF oktyabrda yenilədiyi həmin hesabatda neft qiymətlərini 2017-ci il üçün 1,6 dollar/barel, 2018-ci il üçün isə 1,8 dollar/barel azaltmışdı və dünya bazarında xam neftin qiyməti, müvafiq olaraq, 50,3 və 50,2 dollar/barel proqnozlaşdırılmışdı.

Fond hesab edir ki, 2017-ci ilin avqustundan etibarən neft qiymətlərinin 20% artması əsas gəlirləri neft ixracından olan ölkələrdə inflyasiyanın artmasına səbəb olub. Amma orta inflyasiya göstəricisi aşağı olaraq qalıb.