Cənubi Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq


Dünya 22 Yan 2018 20:18:00 279 0

Cənubi Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

Koreya Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti artıq yaxın gələcəkdə xeyli azaldılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə plan bu günlərdə ölkənin Milli Müdafiə Nazirliyində səsləndirilib.

İslahatlar 2022-ci ilin sonuna orduda hərbi qulluqçuların sayının indiki 610 min nəfərdən yarım miltyonadək azaldılmasını nəzərdə tutur. İslahatlar, ilk növbədə, Quru Qoşunlarına toxunacaq. Hərbi Hava və Dəniz qüvvələrində xidmət edən hərbçilərin sayı isə dəyişməyəcək.

Bundan başqa, qadın hərbi qulluqçuların payı 8,8 faizədək artırılacaq. Həmçinin, Cənubi Koreya ordusundakı generalların sayı indiki 430-dan 70-80 nəfərədək azaldılacaq.