Məşhur türk serialında Mübariz İbrahimovun qəhrəmanlığından danışıldı VİDEO


Digərləri 22 Yan 2018 19:50:00 292 0

Məşhur türk serialında Mübariz İbrahimovun qəhrəmanlığından danışıldı  VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı Türkiyənin Fox Tv telekanalında yayımlanan "Savaşçı" serialında da yer alıb. 

Son.az axşam.az-a istinadən bildirir ki,  serialda hərbçilərdən biri öz yoldaşlarına Mübariz İbrahimovun qəhrəmanlıqlarından danışır:

"O, Azərbaycanın qəhrəmanıdır. Təsəvvür edirsən, bu insan tək başına düşmən tərəfə keçib və 24 saat, şəhid olana qədər vuruşub, 50 nəfəri öldürüb. Əsl əfsanə budur. Mübariz - əsl əfsanədir".