Ermənistanın Müdafiə Nazirliyi çöküb


Dünya 22 Yan 2018 18:45:00 283 0

Ermənistanın Müdafiə Nazirliyi çöküb

Ermənistanın yüksək vəzifəli şəxslərinin etikası üzrə komissiyaya ölkənin müdafiə naziri Vigen Sarkisyandan şikayət ərizəsi daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, şikayətdə müdafiə nazirinin vətəndaşı "dilənçi" adlandırması qeyd olunub.

Bir müddət əvvəl V.Sarkisyan öz "Facebook" səhifəsində yaralanmış əsgərin müalicəsi üçün pul yığılması barədə müraciət etmişdi. İstifadəçilərdən biri nazirə "Minlərlə dram qurtarıb, yoxsa bu dilənməyin yeni növüdür?" deyə yazmışdı. V.Sarkisyan isə həmin şəxsə cavab olaraq "Dilənçi özünsən!" yazmışdı.