Fransa Liqasında növbəti baş məşqçi istefası


İdman 22 Yan 2018 18:17:00 231 0

Fransa Liqasında növbəti baş məşqçi istefası

Fransa Liqasında növbəti məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, turnir cədvəlinin autsayderi "Toulouse" Paskal Düpra ilə yollarını ayırıb. Rəhbərlik 55 yaşlı mütəxəsis və köməkçilərinin qarşıya qoyulan öhdəlikləri yerinə yetirə bilmədiyini hesab edib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Mişel Debye yerinə yetirəcək.

Düpra 2016-cı ildən "Toulouse"də çalışırdı. Onun komandası bu mövsüm Liqa 1-də 20 xalla turnir cədvəlinin 19-cü pilləsində qərarlaşır.