Fermaya hücum edən canavarlar 29 qoyunu parçaladı VİDEO FOTO


Digərləri 22 Yan 2018 17:44:00 396 0

Fermaya hücum edən canavarlar 29 qoyunu parçaladı  VİDEO  FOTO

Qaxda canavarlar fermaya hücum edib, qoyunları parçalayıb. Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Şotavar kəndində baş verib. Kənd sakini Nadir Bayramova məxsus mal tövləsinə hücum edən canavarlar 40 baş qoyundan 29-nu parçalayıb, qalanlarını isə yaralayıb. Canavarlar sürü halında olduğundan fermada olan itlər onlarla bacara bilməyiblər. Ümumilikdə kənd sakininə 8 min manat dəyərində ziyan dəyib. Bilal Kərimov - Hadisə şahidi: "İtlərin səsinə çölə çıxdım. 10-12 canavar sürüylə tövləyə girmişdi". Qax rayon baytarlıq idarəsinin həkimləri əraziyə baxış keçirilib. Tələf olmuş heyvanlar basdırılıb, ərazi dezinfeksiya edilib. Şotavar kəndində canavarların hücumu ilə bağlı bu ilk hadisə deyil. Sakinlərin sözlərinə görə, kənddə tez-tez analoji hal yaşanır.


Xəbərə aid fotolar