İngiltərə klubunun sahibi xərçəngdən dünyasını dəyişib


İdman 22 Yan 2018 17:32:00 321 0

İngiltərə klubunun sahibi xərçəngdən dünyasını dəyişib

Futbol üzrə İngiltərə çempionatının 2-ci divizionunda (Championship) mübarizə aparan "Barnsley" klubuna ağır itki üz verib. Goal.az xəbər verir ki, 2003-cü ildən klubun prezidenti olan Patrik Krayn dünyasını dəyişib. 66 yaşlı funksioner xərçəng xəstəliyindən dünyasını dəyişib. Onda bu xəstəlik 2016-cı ildə aşkar olunub. 2017-ci ilin sentyabrında Krayn mövsümün sonuna kimi dünyasını dəyişmək ehtimalını diqqətə çatdırmışdı. Klubun rəsmi saytı onun ölümü ilə əlaqədar başsağlığı yayımlayıb.

Mərhum prezidentin oğlu Ceyms "Barnsley"nin yeni İdarə heyətinin üzvüdür. Krayn ailəsi klubun 20 % səhminə malikdir.