Burda dərs demək üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı


Digərləri 22 Yan 2018 17:35:00 352 0

Burda dərs demək üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı

SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və yeni kadrların tədrisə cəlb olunmasıdır. Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində müsabiqəyə ali təhsil müəssisələrinin müəllimləri, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar və sənaye şirkətlərinin mütəxəssisləri cəlb edilib. Mütəxəssislərin tədrisə cəlbi məqsədi ilə müvafiq qurumlara müraciətlər olunub. Müsabiqəyə 500-dən artıq namizəd müraciət edib və onlardan 200 nəfəri 2-ci mərhələdə iştirak etmək hüququ qazanıb. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək. Yekun nəticələr yaxın günlərdə məlum olacaq.