İxraçılar üçün müsabiqə elan edildi


Digərləri 22 Yan 2018 16:50:00 240 0

İxraçılar üçün müsabiqə elan edildi

Azərbaycanda Patent sisteminin yaranmasının 25 illiyi ərəfəsində Patent və Əmtəə Nişanları Mərkəzi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin, fiziki şəxslərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi elan edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın 4.11-ci bəndinə uyğun olaraq Dövlət Komitəsinin tədbirlər planına daxil edilib.

Müsabiqə 2016-2017-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında "İlin Patenti" nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə 2016-2017-ci illərdə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus Patent və Əmtəə Nişanları Mərkəzində, həmçinin, Avrasiya Patent İdarəsində qeydiyyata alınan patentlər təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri, pul və həvəsləndirici mükafatlar təqdim olunacaqdır.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən  ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;

2. Patentin əsli ilə birlikdə surəti;

3. Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.);