AŞ PAnın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır


Siyasət 22 Yan 2018 16:45:00 282 0

AŞ PAnın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

Avropalılar artan münaqişələrdən narahatdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib.

M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".

O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir.

Qeyd edək ki, M.Nikoletti bu gün AŞ PA-nın yeni sədri seçilib. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verdikdən sonra isə Stella Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da müvəqqəti seçilmişdi.