Dünya Kuboku fevralda Bakıya gətiriləcək


İdman 22 Yan 2018 16:49:00 268 0

Dünya Kuboku fevralda Bakıya gətiriləcək

Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək. Mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Goal.az xəbər verir ki, kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək. Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək.