Berluskoni "Milan"dan küsüb


İdman 22 Yan 2018 16:30:00 309 0

Berluskoni "Milan"dan küsüb

"Milan"ın sabiq prezidenti Silvio Berluskoni artıq komandanın oyunlarını izləmədiyini bildirib. Goal.az xəbər verir ki, 80 yaşlı funksioner yerli mətbuata açıqlamasında bunları deyib:

"Onların oyunlarına baxmıram. Komandanın oyun stili mənim bütün futbol prinsiplərimə əks gəlir. Bu prinsiplər məni klb tarixinin ən uğurlu prezidentinə çevirmişdi. Onlar mənim məsləhətimə əməl etmədilər".

Berluskoni 31 il sahibi olduğu "Milan"ı ötən ilin aprelində Çin konsorsimuna satmışdı. Onun "Finnivest" kompaniyasına klubun 99.93% səhmi üçün 1.5 milyard avro ödənmişdi.