AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır


Digərləri 22 Yan 2018 16:20:00 223 0

AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

Avropalılar artan münaqişələrdən narahatdırlar.

Bakı. Nigar Quliyeva - Avropalılar artan münaqişələrdən narahatdırlar. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib. M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər". O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir. Qeyd edək ki, M.Nikoletti bu gün AŞ PA-nın yeni sədri seçilib. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verdikdən sonra Stella Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da müvəqqəti seçilmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin