Serj Sarqsyan Fransada işgüzar səfərdədir


Dünya 22 Yan 2018 16:17:12 258 0

Serj Sarqsyan Fransada işgüzar səfərdədir

O, yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək

Ermənistan prezdenti Serj Sarqsyan Fransaya işgüzar səfərə gedib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Fransa Senatın sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

S.Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, S.Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.