Azərbaycanda 10 otaqlı ev yandı


Digərləri 22 Yan 2018 16:08:00 251 0

Azərbaycanda 10 otaqlı ev yandı

Fizuli rayonu, Böyük Bəhmənli kəndində ümumi sahəsi 198 m2 olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 178 m2 və evə bitişik ümumi sahəsi 90 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Son.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və evə bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.