"Real"ın maraqlandığı qapıçı klubu ilə yeni anlaşma imzaladı


İdman 22 Yan 2018 15:52:00 264 0

"Real"ın maraqlandığı qapıçı klubu ilə yeni anlaşma imzaladı

"Real"ın transfer hədəfində olan Kepa Arisabalaqa "Athletic"lə müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, 23 yaşlı qapıçının Bilbao klubu ilə yeni anlaşması 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun buraxılış qiyməti 20 milyon avro artırılaraq 80 milyona çatdırılıb.