Ərdoğan: "Afrindən geri çəkilməyəcəyik"


Dünya 22 Yan 2018 15:56:00 257 0

Ərdoğan: "Afrindən geri çəkilməyəcəyik"

"Terror qruplaşmalarına ilk zərbəni "Fərat qalxanı" ilə vurmuşduq".

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik", - deyə o, vurğulayıb.