AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inamı itib"


Siyasət 22 Yan 2018 15:37:20 276 0

AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inamı itib"

"Biz bu məsələdə daha diqqətli olmalıyıq və bizim təşkilatın reputasiyasını qaldırmaq üçün birlikdə çalışmalıyıq"

"Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inamı itib". 

"Report"un Fransa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün Assambleyada çıxışında bildirib.

O qeyd edib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın nüfuzunu qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik".