Bir qadının evindən 35000 manat və 18800 dollar olan seyf oğurlandı FOTO


Digərləri 22 Yan 2018 15:25:00 361 0

Bir qadının evindən 35000 manat və 18800 dollar olan seyf oğurlandı  FOTO

Bakıda içində 35000 manat və 18800 dollar olan seyfi oğurlayan şəxs tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb. N.İsrafilov istintaqa ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.


Xəbərə aid fotolar