"Barcelona"nın ulduzu azərbaycanlı rəssamın əsərlərini alıb - video


İdman 22 Yan 2018 15:16:00 295 0

"Barcelona"nın ulduzu azərbaycanlı rəssamın əsərlərini alıb - video

Azərbaycanlı rəssam Lalə Əsgərovanın hazırladığı əl işlərinə dünyaca məşhur şəxslər də maraq göstərir. Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

Hazırda incəsənət gimnaziyasında müəllim kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Lalə Əsgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. "Barcelona"nın və Uruqvay millisinin futbolçusu Luis Suares də Lalə xanımın iki əsərini alıb.