Putinin prezidentliyə namizədliyi üçün 1 milyon 600 mindən çox imza toplanıb


Dünya 22 Yan 2018 15:04:57 316 0

Putinin prezidentliyə namizədliyi üçün 1 milyon 600 mindən çox imza toplanıb

Ölkədə imza toplama kampaniaysı yanvarın 22-də başa çatır

Rusiyanın hazırki prezidenti Vladimir Putinin bu vəzifəyə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza toplanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkədə imza toplama kampaniaysı yanvarın 22-də başa çatır.

Prezidentliyə iddiaçı, teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə 101 min imza toplayıb.

Qeyd edək ki, Rusiyada prezidentliyə namizədin qeydiyyata alınması üçün 100 min imza tələb olunur. Ölkədə prezident seçkisi martın 18-də keçiriləcək.