Bakıda avtobuslarda cibgirliklə məşğul olan şəxslər saxlanılıb


Sosial 22 Yan 2018 14:40:07 261 0

Bakıda avtobuslarda cibgirliklə məşğul olan şəxslər saxlanılıb

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar – Səfər Əliyev və onun qohumu Sakit Əliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs ötən ilin dekabr və 2018-ci ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.