AŞPA-nın yeni prezidenti məlum olub


Siyasət 22 Yan 2018 14:47:38 215 0

AŞPA-nın yeni prezidenti məlum olub

Bu, italiyalı deputat Mikele Nikolettidir

İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti postuna təsdiq edilib.

"Report"un Fransa bürosunun məlumatına görə, M.Nikoletti bu posta AŞPA-nın bu gün Strasburqda keçirilən qış sessiyasında təsdiq edilib.

Xatırladaq ki, o, bu vəzifəyə yeganə namizəd idi.

M.Nikolleti 2013-cü ildən bəri Parlament Assambleyasının üzvüdür, 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.

Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.